Rusiyanın xarici işlər naziri Serqey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, telefon danışığı zamanı əsas diqqət Ukrayna mövzusuna yönəldilib.
“Rusiya-Amerika siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdi. Əsas vurğu Ukrayna böhranı mövzusuna yönəldilib. Nazir və dövlət katibi uzunmüddətli sülhə doğru etibarlı yolun razılaşdırılması məqsədilə danışıqların başlanması üçün mövcud ilkin şərtlərin möhkəmləndirilməsinin vacibliyini vurğuladılar”,- məlumatda bildirilir.