• 06 Mart 2025 22:53

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Serqey Lavrov – Emmanuel Makronun nüvə ritorikası Rusiya üçün təhlükə yaradır

ByTürkan Şahverdova

Mar 6, 2025
Another advertisement

Emmanuel Makronun nüvə ritorikası Rusiya üçün təhlükə yaradır.

QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib.

Serqey Lavrov dünən Fransa prezidenti Emmanuel Makronun Avropa müttəfiqlərinin Fransanın nüvə silahı ilə müdafiəsi ilə bağlı müzakirələrə başlamağa hazır olduğu barədə bəyanatına cavab verib.

“Əlbəttə, bu, Rusiya üçün təhlükədir. Əgər o, bizi təhlükə hesab edirsə, Avropa ölkələrinin və Böyük Britaniyanın baş qərargah rəislərinin iclasını çağırırsa və nüvə silahından istifadənin zəruri olduğunu deyirsə, Rusiyaya qarşı nüvə silahından istifadə etməyə hazırlaşırsa, bu, təbii ki, təhlükədir”, – Serqey Lavrov bildirib.