Another advertisement
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları Gürcüstanın gömrük sərhədinə gömrük qaydalarını pozaraq gömrük dəyəri 43 min 676 lari təşkil edən 400 qram qızıl-zinət əşyalarının keçirilməsi faktının qarşısı alınıb.
QafqazTürk.com xəbər verir ki, əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə cinayət, Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsinə əsasən 5 ildən 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.