This is a specific ad

Serbiya prezidenti Türkiyədən incidi və “Bayraktar”dan imtina etdi

57

Another advertisement

Serbiya Türkiyənin “Bayraqdar” PUA-larını almaqdan imtina edir.
QafqazTürk.com xəbər verir ki,bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.
“Türkiyə “Bayraqdar” PUA-larını Priştinaya(Kosova) verib,ona görə də biz türk PUA-larını almaqdan imtina etdik.Biz artıq onlarla bu məsələdə əməkdaşlıq etmək istəmirik,çünki onlar 1244 saylı qətnaməyə və digər qətnamələrə zidd olaraq tanınmayan dövlətin əsas təchizat mənbəyidir”,-deyə Vuçiç bildirib.
O qeyd edib ki,yaxın bir neçə ay ərzində Belqrad “Yaxın Şərqdə sifariş edilən bir neçə yüzdən minə qədər kamikadze pilotsuz uçan aparatı” alacaq.
Qeyd edək ki,Vuçiç konkret ölkə adı çəkməsə də,Serbiyanın İsraildən PUA-lar almaq istədiyi təxmin edilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Dünya bazarında neft qiymətləri
Öncəki yazı
Ukrayna ordusu Rusiyanın Donetskdəki mövqelərinə zərbələr endirib