Another advertisement
Sentyabrın 1-dən Ədliyyə evinin filiallarında “Xarici təsirin şəffaflığı haqqında” qanunun tələblərinə uyğun olaraq ərizə vermək mümkün olacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ədliyyə evi məlumat yayıb.
Maraqlanan şəxslər Gürcüstanın 30 şəhərindəki- Tbilisi və Batuminin mərkəzi, Rustavi, Qardabani, Marneuli, Bolnisi, Qurcaani, Telavi, Kvareli, Laqodexi,Tianeti, Axalkalaki, Axalsixe, Borjomi, Zuqdidi, Poti, Martvili, Senaki, Xoni, Kutaisi, Samtredia, Zestafoni, Kareli, Tskaltubo, Kazbegi, Ozurgeti, Xaşuri, Qori, Oni və Mestia şəhərlərindəki Ədliyyə evinin filiallarına saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər.
Təşkilatlar üçün müvafiq reyestrdə qeydiyyatdan keçmək üçün son tarix cari ilin 2 sentyabrına qədərdir.