Sabah ilin ikinci və sonuncu Ay tutulması baş verəcək. Bu, tam Ay tutulması olacaq və bəzən “Qanlı Ay” da adlandırılır.
Tam tutulma zamanı Günəş, Yer və Ay eyni xətt üzərində düzülür, Yerin kölgəsi isə Ayın üzərinə düşür. Ay tamamilə yoxa çıxmır, əksinə, qırmızımtıl rəng alır. Bu rəngin yaranmasına Günəş işığının Yer atmosferində sınması və səpilməsi səbəb olur. Ay üfüqdə olduqda onun qırmızı rəngi daha parlaq və “dramatik” görünür.
Tutulmanın mərhələləri belə olacaq:
Yarımkölgəli tutulma – 19:28:21
Qismən tutulma – 20:27:02
Tam tutulma başlanğıcı – 21:30:41
Maksimum an – 22:11:47
Tam tutulmanın sonu – 22:52:47
Qismən tutulmanın sonu – 23:56:26
Yarımkölgəli tutulmanın sonu – 00:55:00
Tam tutulma 82 dəqiqə davam edəcək.
Hadisə Avropa, Afrika, Asiya və Avstraliyadan izlənilə biləcək. Azərbaycanda isə tutulma axşam saatlarından başlayaraq gecəyarısına qədər aydın şəkildə müşahidə olunacaq.
Xatırladaq ki, ilin ilk Ay tutulması martın 14-də baş vermişdi. Bundan əlavə, 2025-ci ilin son Günəş tutulması – qismən tutulma – sentyabrın 21-də qeydə alınacaq.