This is a specific ad

Sentyabr ayında yaşayış müavinəti alanların sayı – STATİSTİKA

39

Another advertisement

Sentyabr ayında 226 min 328 nəfəri 16 yaşadək uşaqlar olmaqla cəmi 435 min 578 nəfərə (122 min 416 ailə) yaşayış müavinəti verilib.

QafqazTürk.com xəbər verir ki, Sosial Xidmət Agentliyi məlumat yayıb.

Agentliyiin məlumatına görə, Əhalinin məşğulluğunun təşviqinə dair Dövlət Proqramı çərçivəsində 200 min 191 nəfərin (44 min 298 ailə) 4 il ərzində sosial cəhətdən həssas qrup statusu təmin ediləcək.

Sentyabr ayı ərzində reytinq balı yaşayış müavinəti üçün tələb olunan minimum baldan çox olmayan və yaşayış müavinəti köçürülməyən şəxslərin sayına gəldikdə isə ötən ay 20 min 872 nəfərə yaşayış müavinətinin verilməsi dayandırılıb, 440-ı isə ləğv edilib.

Bununla yanaşı, sentyabr ayında 5 min 842 nəfər maddi yardımdan imtina edib. 15 min 855 nəfərə isə sosial yardımın təyin edilməsi proseduru davam etdirilir.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Əhalisi ən çox maaş alan 10 ölkə – SİYAHI
Öncəki yazı
Poliomielit xəstəliyindən qorunmağın yolları – ARAŞDIRMA