Another advertisement
İstintaq xidməti sentyabr ayı ərzində rüsumsuz siqaretlərin saxlanması, daşınması və satışı ilə bağlı 20 fakt aşkar edib.
Həyata keçirilən istintaq tədbirləri nəticəsində cinayətin üstü açılmış şəxslərdən ümumi bazar dəyəri 61.000 laridən artıq olan müxtəlif nominallı 12 240 ədəd rüsumsuz siqaret götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 200-cü maddəsi ilə aparılır