This is a specific ad

Senaki hərbi bazasında tankın alışıb yanması nəticəsində hərbi qulluqçu xəsarət alıb

205

Another advertisement

Senaki hərbi bazasında tankın alışıb yanması nəticəsində 45 yaşlı hərbçi yaralanıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə mərkəzi media məlumat yayıb.

Məlumata görə, hadisə həyata keçirilən təlimlər zamanı baş verib.

Müdafiə Nazirliyi hərbçinin xəsarət alması ilə bağlı məlumat yayıb. Nazirliyin məlumatına görə, kapral Zurab Pisenko xidməti vəzifəsini yerinə yetirərkən baş verən hadisə nəticəsində yanıq xəsarətləri alıb.

Nazirlikdən verilən məlumata görə, hərbi qulluqçuya yerindəcə müvafiq tibbi yardım göstərilib, bundan sonra o, Türkiyədəki yüksək standartlara cavab verən ixtisaslaşdırılmış klinikalardan birinə yerləşdirilib. Bildirilir ki, hərbi qulluqçunun sağlamlıq vəziyyəti stabildir.

Nazirlikdən bildirilir ki, hadisə ilə bağlı Hərbi Polis Departamenti tərəfindən istintaqa başlanılıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Əzizkənd kəndində yol infrastrukturunun bərpası layihəsi həyata keçirilir
Öncəki yazı
მარნეულის მუნიციპალიტეტში სოფლის შიდა გზების რეაბილიტაცია აქტიურად მიმდინარეობს