Selfie çəkdirən turist qayadan yıxılaraq ağır xəsarətlər alıb

77

Selfie çəkdirən turist qayadan yıxılaraq ağır xəsarətlər alıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

KİV-in məlumatına görə, turist foto çəkdirmək üçün uçurumun kənarına çox yaxınlaşıb, ayağı sürüşüb və yıxılıb. Gənc qadın hündürlükdən yıxılaraq ayaqlarından xəsarət alıb və hərəkət edə bilməyib.

Yerli sakinlər qadını taparaq polisə müraciət ediblər. Xilasedicilər qadını xərəkdə dərədən çıxarıblar. Hazırda xəstəxanada müalicəsini davam etdirir.

Kateqoriya: Dünya, Region
Sonrakı yazı
Egey dənizində güclü silsilə zəlzələlər yenidən təkrarlanıb
Öncəki yazı
Hansı qidalar şişkinliyə səbəb olur və onlardan necə qorunmaq olar?