“İki gündən sonra Gürcüstanda çox mühüm, prinsipial parlament seçkiləri keçirilir, mən məmnunluğumu bildirmək istəyirəm ki, seçkilər görünməmiş şəkildə sakit şəraitdə keçirilir, bu, çox vacibdir”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, seçkilərin azad və rəqabət mühitində keçirilməsi də təmin edilir.
Hüquq-mühafizə orqanlarına, Daxili İşlər Nazirliyinə, şəxsən nazirə, mühafizə xidmətinə, mühafizə xidmətinin rəisinə, bütün hüquq-mühafizə orqanlarına təşəkkür edirəm, onların yorulmaz əməyinin nəticəsidir ki, bu seçkilər yüksək səviyyədə keçirilir. Oktyabrın 26-sı da daxil olmaqla, sonuna qədər ölkəmizdə seçkilərin belə bir şəraitdə keçirilməsi üçün hər şeyi etməliyik”, – deyə baş nazir bildirib.