This is a specific ad

“Seçkilərdən sonra formalaşacaq istənilən hökumətlə işləməyə hazır olacağıq”-Pavel Herçinski

283

Another advertisement

“Biz seçkilərdən sonra formalaşacaq istənilən hökumətlə işləməyə hazır olacağıq, lakin bu hökumət Gürcüstanı Avropa İttifaqına daxil etmək istəyirsə, o, Avropa müqavilələrində yazılan dəyərlərə hörmət etməlidir”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

Səfirin qeyd etdiyi kimi, o, seçkilərin ən yüksək beynəlxalq və Avropa standartlarına uyğun keçiriləcəyinə ümid edir.

O, bir neçə gün əvvəl seçki bannerləri ilə bağlı verdiyi açıqlamaya bir daha aydınlıq gətirib.

“Cümə günü Tbilisidə bir çox yerlərdə asılan bannerlər haqqında dediklərimi soruşsanız, məndən fikirlərimi soruşdular və mən gürcülərlə söhbət edərkən həmişə olduğu kimi öz fikirlərimi dürüst və açıq şəkildə bölüşdüm. Aİ səfiri kimi mən əlimdən gələni edirəm və bütün ünsiyyətlərimdə çalışıram ki, məni heç vaxt müdaxilədə ittiham etməsinlər. Dəfələrlə təkrar edirəm ki, qarşıdan gələn seçkilər gürcülər üçün öz fikirlərini bildirmək imkanıdır. Bu qərarları gürcülər özləri verməlidirlər. Ümid edirəm ki, insanlar gedib azad, demokratik şəkildə səs verəcəklər və seçkilər ən yüksək beynəlxalq və Avropa standartlarına uyğun rəqabətli, şəffaf, əhatəli keçəcək. Aİ olaraq biz ATƏT/DTİHB-nin qiymətləndirməsini gözləyəcəyik. Biz digər uzunmüddətli müşahidə missiyalarının qiymətləndirilməsini çox diqqətlə öyrənəcəyik və təbii ki, yerli müşahidəçiləri diqqətlə dinləyəcəyik.

Ucadan və açıq şəkildə təkrar edə bilərəm ki, seçim gürcülərin əlindədir. Oktyabrın 26-da siz özünüz qərar verəcəksiniz ki, öz ölkənizdə necə hakimiyyətə sahib olmaq istəyirsiniz və biz Avropa İttifaqı olaraq gürcü xalqının demokratik seçiminə hörmətlə yanaşırıq. Biz seçkilərdən sonra formalaşan istənilən hökumətlə işləməyə hazır olacağıq”.

Eyni zamanda səfirdən üç telekanalın “Gürcü arzusu” seçki videolarını yayımlamaqdan imtina etməsinin onun açıqlamalarına görə olub-olmaması ilə bağlı sual verilib.

“Avropa İttifaqı Gürcüstanda və dünyanın istənilən ölkəsində azad və müstəqil medianı dəstəkləyir. Azad və müstəqil media demokratik sistemin ilkin şərtidir. Nə istəyəb-istəməməyə, hansı açıqlamaları nəzərə alıb-almayacağına media qərar verəcək. Bu mənim qərarım deyil. Fikrimi bildirməyimi siz media məndən xahiş etdiniz. Mən öz fikrimi bildirdim və dediyim mövqenin də yanındayam. Hansı qaydalara riayət etməsi artıq müstəqil medianın işidir”, –  deyə Herçinski vurğulayıb.

 

 

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Qalibiyyət Merab Dvalişviliyə bu qədər pul qazandırıb
Öncəki yazı
Yığılmış pensiyanı kim tam olaraq götürə bilər?-Daha detallı