Seçki komissiyasının funksiyalarına və fəaliyyətinə müdaxiləyə görə məsuliyyət sərtləşdirilir. “Gürcü arzusu”nun deputatları seçki qanunvericiliyinə bir sıra dəyişikliklər etməyi planlaşdırıblar. Dəyişiklik digər məsələlərlə yanaşı, seçki komissiyasının fəaliyyətinə müdaxilə və bununla bağlı cərimələrə də aiddir.
Hələ də qüvvədə olan qanun bu hərəkətə görə 500 lari məbləğində cərimə nəzərdə tutur. “Seçki Məcəlləsi”nə nəzərdə tutulan dəyişikliklərlə Seçki Komissiyasının funksiyalarına və fəaliyyətinə müdaxilə 2000 lari məbləğində cərimə ilə nəticələnəcək.
Qanun layihəsinin müəllifləri və təşəbbüskarları parlament üzvləridir: Qivi Mikanadze, Arçil Qorduladze, Aleksandre Tabatadze, Davit Matikaşvili, Rati İonatamişvili, Tornike Çeişvili, Aluda Quduşauri, Tengaz Şarmanaşvili və Quram Maçaraşvili.