This is a specific ad

Seçki günü seçki məntəqələri bu saat aralığında fəaliyyət göstərəcək

290

Another advertisement

Sabah – oktyabrın 26-da seçki məntəqələri saat 06:45-də açılacaq, səsvermə saat 08:00-da başlayacaq.

QafqazTürk Media xəbər verir ki, səsvermə proseduru saat 09:00-dan 19:00-dək daşınan seçki qutusu vasitəsilə keçiriləcək. Daşınan seçki qutusu saat 20:00-dan gec olmayaraq seçki məntəqəsinə qaytarılmalıdır.

Məntəqə seçki komissiyası qanunla müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyən seçicinin qeydə alınmasını həyata keçirəcək, seçicilər seçki günü seçkidə iştirak etmək barədə ərizə ilə seçki idarəsinə müraciət edib müvafiq sənədləri təqdim edəcək ( Gürcüstan vətəndaşının pasportunda sərhədi keçmək haqqında qeyd, stasionar müalicə müəssisəsindən arayış, penitensiar müəssisədən buraxılma haqqında arayış).

Məntəqə seçki komissiyasının katibi saat 12:00-da və 17:00-da seçici siyahısında iştirak edən seçicilərin imzalarının sayını hesablamağa və bu rəqəmi müvafiq işarə ilə məntəqə seçki komissiyasının qeydlər kitabına daxil etmək öhdəliyi daşıyır.

Qeyd olunur ki, seçki məntəqələri saat 20:00-da bağlanacaq. Qanuna uyğun olaraq növbədə duran seçicilər səs verə bilərlər ki, bunun üçün komissiya üzvlərindən biri növbədə duran seçicilərin adlarını və soyadlarını qeyd etməli, onların sayı barədə məntəqə seçki komissiyasının sədrinə məlumat verməlidir.

Məlumata əsasən, məntəqə seçki komissiyası səsvermə günü xəstəxanalarda və digər stasionar müalicə müəssisələrində, habelə gediş-gəliş çətin olan yerlərdə yaradılmış seçki məntəqələrində bütün seçicilər səs verdikdə, məntəqə seçki komissiyası səsverməni istənilən vaxt qapalı elan edə bilər.

Məntəqə seçki komissiyası səsvermənin nəticələrini ümumiləşdirən protokolu doldurduqdan sonra əldə olan texniki vasitələrdən istifadə etməklə dərhal MSK-ya göndərmək öhdəliyi daşıyır. MSK məntəqə seçki komissiyasının səsvermənin nəticələrini ictimailəşdirmək, o cümlədən, onu dərhal MSK-nın internet saytında yerləşdirmək öhdəliyi var.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bu ölkəTürkiyənin BRİCS-ə daxil olmasını əngəlləyib
Öncəki yazı
Ölkədə kartof idxalında azalma müşahidə olunur