This is a specific ad

Saxta sənədlərin hazırlanmasına görə 4 nəfər məsuliyyətə cəlb olunub

56

Another advertisement

Bir qrup şəxs tərəfindən saxta ödəniş sənədlərinin hazırlanması və istifadəsi, qanunsuz gəlirlərin leqallaşdırılması faktları aşkar edilib.

QafqazTürk.com xəbər verir ki,bu barədə Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər qabaqcadan məlumatlı olduqları halda cinayət yolu ilə əldə etdikləri təxminən yarım milyon lari dəyərində taxta materialı alıblar, bundan sonra onun qanunsuz mənşəyini ört-basdır etmək məqsədilə tabe şirkətlər adından saxta sənəd veriblər. Qanunsuz yolla əldə edilmiş 1006 m3 ağacdan istifadə edərək, həmin materialı qanuniləşdirib, sonra isə müxtəlif şəxslərə satıblar”, – deyə qurumun açıqlamasında bildirilir.

İstintaq Cinayət Məcəlləsinin 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 186, 210 və 194-cü maddələri ilə aparılır.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Cənubi Kiprdə FIP epidemiyası: minlərlə pişik öldü (FIP xəstəliyi nədir, onun simptomları və müalicə üsulları nədir?
Öncəki yazı
Britaniya Rusiya nazirlərinə və Krımda yerləşən “Artek” uşaq mərkəzinə sanksiya tətbiq edib