This is a specific ad

Savalan Mirzəyev Azərbaycan Respublikasında parlamentin yaradılmasının 106-cı ilinə həsr olunmuş konfransda iştirak edib

58

Another advertisement

Deputat Savalan Mirzəyev Azərbaycan Respublikasında parlamentin yaradılmasının 106-cı ilinə həsr olunmuş konfransda iştirak edib.

QafqazTürk Media xəbər verir ki, o, çıxışı zamanı ilk parlamentin fəaliyyətinin qısa müddət davam etməsinə baxmayaraq, Azərbaycan parlamentində oynadığı rolun əhəmiyyətindən  danışıb.

“1918-ci ildən sonra Azərbaycanın qanunverici orqanı bir çox çətinliklərdən və dəyişikliklərdən keçmişdir. Bu gün bir əsrdən artıqdır ki, ölkənin siyasi, iqtisadi və sosial tərəqqisinə böyük töhvə verməkdədir. Milli Məclis Azərbaycanın demokratik dəyərlərinin və idarəçiliyinin təməl daşıdır.

Qeyd etmək lazımdır ki, Gürcüstan və Azərbaycan arasında tarixən möhkəm dostluq əlaqələri və səmərəli əməkdaşlıq davam edir.

Mən parlamentlər səviyyəsində münasibətlər inkişafının müsbət dinamikasını ayrıca qeyd etmək istərdim.

Həm sədrlər, həm də komitələr arasında əlaqələr güclüdür. Biz bu tendensiyanı davam etdirməyə hazırıq.

Sonda Gürcüstan parlamentinin sədri cənab Şalva Papuaşvili və həmkarlarım adından Azərbaycan Milli Məclisinə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram”- deyə Savalan Mirzəyev çıxışını tamamlayıb.

 

Kateqoriya: Cəmiyyət, Dünya, Siyasət
Sonrakı yazı
Bəşər Əsəd və ailə üzvləri Moskvadadır
Öncəki yazı
Polis “Vahid Milli Hərəkat”ın liderlərindən olan Qiorqi Vaşadzenin iqamətgahı yaxınlığında səfərbər olunub