This is a specific ad

Savalan Mirzoyev parlamentdə çıxış edib

10

Another advertisement

Qardabanini parlamentdə təmsil edən deputat Savalan Mirzoyev parlamentdə plenar iclasda çıxış edib.

Qafqaztürk xəbər verir ki, parlamentin plenar iclasında çıxış edən deputat Qardabanidə həyata keçirilən layihələrə münasibət bildirib.

Mirzoyev çıxışında deyib: “İlk növbədə, “Yenilənmiş Regionlar” adlı bu əhəmiyyətli layihənin bələdiyyəmizdə həyata keçirilməsinə görə, sizə təşəkkür etmək istəyirəm. Qardabanidə bu layihənin icrası yekunlaşır və bələdiyyəmiz çox gözəlləşib.Əsrin layihəsi adlandırılan su təchizatı kanalizasiya sistəminin tikintisi işləri də artıq başa çatmaq üzrədir. Lahiyə başa çatdıqdan sonra 5 kənd 24 saat içməli su ilə təmin olunacaq. Həmçinin Kosalı, Nəzərli, Vaxtangisi kəndlərində çox mühüm layihənin, su təchizatı lahiyəsinin icrasına başlanılır. Biz bilirik ki, çətinliklər çoxdur, amma bu istiqamətdə işlər aktiv şəkildə aparılır”

Savalan Mirzoyev çıxışı zamanı Qarabanidə mövcud olan problemlərə də diqqət çəkib.

“Mühüm əhəmiyyət kəsb edən Qardabani-Vaxtangisk yolu qəzalı vəziyyətdədir. Maraqlıdır ki, İnfrastruktur Nazirliyi sözü gedən yolda bərpa işləri həyata keçirməyi planlayırmı və nə vaxt üçün nəzərdə tutulub?”- deyə parlamentin üzvü Savalan Mirzoyev bildirib.

Qeyd edək ki, Savalan Mirzoyevin parlamentdə bu cür çıxışlarını mütəmadi olaraq müşahidə edirik

Kateqoriya: Maraqlı
Sonrakı yazı
სავალან მირზოევი პარლამენტში სიტყვით გამოვიდა
Öncəki yazı
Avropanın şimal-qərb hissəsində “Ciaran” qasırğası 6 nəfərin həyatına son qoyub