Sarpi gömrük-keçid məntəqəsində bəyan edilməmiş qızıl məmulatların gətirilməsinin qarşısı alınıb

142

Sarpi gömrük-keçid məntəqəsində gömrük əməkdaşları xarici ölkə vətəndaşlarının böyük miqdarda bəyan edilməmiş qızıl məmulatlarını ölkəyə gətirməsinin qarşısını alıblar.

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatına görə, baqajın ətraflı yoxlanışı nəticəsində ümumilikdə 160 qramadək zinət əşyası aşkarlanıb. Aşkarlanan qızıl məmulatlarının ümumi gömrük dəyəri 29 852 larini təşkil edib.

Faktlardan biri üzrə materiallar əlavə araşdırma aparılması üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib, digər vətəndaş isə Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq  7893 lari məbləğində cərimələnib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Marneulidə kişi odlu silahla güllələnib
Öncəki yazı
Prezident Mixail Kavelaşvili ABŞ-da rəsmi səfərdədir