Another advertisement
Cari ilin oktyabrında ötən ilin analjoi dövrü ilə yanaşı yerli bazarda sarımsağın qiyməti 69% artıb.
QafqazTürk Media xəbər verir ki, Milli Statistika Xidmətinin yaydığı məlumata görə, sarımsaq ən çox bahalaşan məhsullar siyahısında birinci yeri tutur.
Statistikaya görə, bu il yanvar-sentyabr aylarında Gürcüstana 1 901 ton (1.814 milyon ABŞ dolları) sarımsaq idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10% çoxdur. 2023-cü ilin 9 ayında ölkə 1 735 ton (1.201 milyon ABŞ dolları) sarımsaq idxal edib.
Məlumatlara əsasən, bu il 9 aylıq dövrdə 1 kq sarımsağın orta idxal qiyməti 95 sent təşkil edib, keçən il isə 69 sent olub.
İdxalçı ölkələrin siyahısı belədir:
- Qazaxıstan – 861.2 ton (978.3 min ABŞ dolları), 1 kq orta qiymət – 1.1 ABŞ dolları
- Çin – 522 ton (434.2 min ABŞ dolları), 1 kq orta qiymət – 83 sent
- İran – 343.7 ton (222.9 min ABŞ dolları), 1 kq orta qiymət – 64 sent
- Qırğızıstan – 109.5 ton (142 min ABŞ dolları), 1 kq orta qiymət – 1.29 ABŞ dolları
- Türkiyə – 65.3 ton (36.7 min ABŞ dolları), 1 kq orta qiymət – 56 sent