This is a specific ad

Sarımsaq idxalında artım müşahidə olunur

270

Another advertisement

Cari ilin oktyabrında ötən ilin analjoi dövrü ilə yanaşı yerli bazarda sarımsağın qiyməti 69% artıb.

QafqazTürk Media xəbər verir ki,  Milli Statistika Xidmətinin yaydığı məlumata görə, sarımsaq ən çox bahalaşan məhsullar siyahısında birinci yeri tutur.

Statistikaya görə, bu il yanvar-sentyabr aylarında Gürcüstana 1 901 ton (1.814 milyon ABŞ dolları) sarımsaq idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10% çoxdur. 2023-cü ilin 9 ayında ölkə 1 735 ton (1.201 milyon ABŞ dolları) sarımsaq idxal edib.

Məlumatlara əsasən, bu il 9 aylıq dövrdə 1 kq sarımsağın orta idxal qiyməti 95 sent təşkil edib, keçən il isə 69 sent olub.

İdxalçı ölkələrin siyahısı belədir:

  1. Qazaxıstan – 861.2 ton (978.3 min ABŞ dolları), 1 kq orta qiymət – 1.1 ABŞ dolları
  2. Çin – 522 ton (434.2 min ABŞ dolları), 1 kq orta qiymət – 83 sent
  3. İran – 343.7 ton (222.9 min ABŞ dolları), 1 kq orta qiymət – 64 sent
  4. Qırğızıstan – 109.5 ton (142 min ABŞ dolları), 1 kq orta qiymət – 1.29 ABŞ dolları
  5. Türkiyə – 65.3 ton (36.7 min ABŞ dolları), 1 kq orta qiymət – 56 sent
Sonrakı yazı
Mərkəzi Seçki Komissiyasından bəyanət: Seçki dairəsinə yalnız bu şəxslər buraxıla bilər
Öncəki yazı
“Ukraynanın təhlükəsizliyinə heç bir zəmanət yoxdursa, atəşkəs ölkənin məhvinə gətirib çıxara bilər”-Vladimir Zelenski