This is a specific ad

“Sarfi” və “Qırmızı Körpü” gömrük məntəqələrində külli miqdarda pul vəsaitinin qanunsuz idxalının qarşısı alınıb

118

Another advertisement

İyulun 7-28-də “Sarfi” və “Qırmızı Körpü” gömrük-keçid məntəqələrində gömrükçülər tərəfindən külli miqdarda bəyan edilməyən pul vəsaitlərinin gizli yolla gətirilməsi faktlarının qarşısı alınıb.

QafqazTürk media xəbər verir ki, bu barədə məlumatı Gəlirlər Xidməti yayıb.

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrükçüləri şübhə əsasında əcnəbi vətəndaşlara məxsus yükə və nəzarətlərində olan nəqliyyat vasitələrinə ətraflı baxış keçirərək, bəyannamədə açıqlanmayan ümumilikdə 2900 avro məbləğində, 59 407 ABŞ dolları və 7 265 700 Rusiya rublu aşkar ediblər.

Gəlirlər Xidmətindən verilən məlumata görə, bəyan edilməmiş pulların ümumi məbləği Milli Bankın məzənnəsinə əsasən, 655 597,94 lari təşkil edib.

Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlar sanksiya qismində ümumilikdə 65 560,16 lari (məbləğin 10%-i) məbləğində cərimələnib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Azərbaycan cüdoçusu Hidayət Heydərov Olimpiya çempionu oldu
Öncəki yazı
Qonşu ölkə Ermənistan, Azərbaycan və Türkiyədə iqtisadi artım necədir? – Statistika