SARAL İnkişaf və Təhsil Mərkəzində uşaqlar üçün maarifləndirici tədbir keçirilib

63

1 iyun 2025-ci il tarixində, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Parlaq Gələcək Gənclər Mərkəzi” və “SİMART” Platformasının birgə təşkilatçılığı ilə “Nağıl gecələri” adlı layihə çərçivəsində Marneuli munisipalitetinin Yuxarı Saral kəndində fəaliyyət göstərən SARAL İnkişaf və Təhsil Mərkəzində uşaqlar üçün maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Parlaq Gələcək Gənclər Mərkəzinin rəhbəri Araz Musayev balacalara mütaliənin insanın gələcək inkişafı üçün nə qədər vacib olduğunu vurğulayıb və onunla birgə Maya Əhmədova və Filiz Abdullayeva Yuxarı Saral kəndinə səfər edərək uşaqlar üçün könüllü şəkildə “Nağıl Günü” tədbirində iştirak ediblər. Tədbir zamanı uşaqlara maraqlı nağıl təqdim olunub, nağılın sonunda isə Maya Əhmədova uşaqlarla izlənilən “Mustafanın buludu” adlı nağılından sual-cavab keçirərək onların diqqətini və anlama səviyyəsini yoxlayıb. Bu təşəbbüs uşaqlarda həm dinləmə, həm düşünmə bacarıqlarının inkişafına töhfə verdi və onlarda oxumağa olan marağı artırıb.

Gənclərin bu cür kiçik, amma dəyərli addımları cəmiyyətin maariflənməsinə aparan böyük yolun başlanğıcıdır.

Daha sonra “SİMART” Platformasının təqdim etdiyi “Mustafanın buludu” adlı animasiya filmi izlənildi. Animasiyaynı izlədikdən sonra uşaqlar mövzuya aid sualları cavablandırdılar.

Tədbirin sonunda, hər bir iştirakçıya “SİMART” layihəsinin “İçərişəhərin Sirli Sakini” kitabı hədiyyə olundu.

Tədbirdə SARAL İnkişaf və Təhsil Mərkəzinin 24 nəfər azyaşlı üzvləri iştirak edib.

Layihənin məqsədi, uşaqların yaradıcı düşüncə bacarıqlarının formalaşmasına dəstək olmaq və mənəvi dəyərləri özündə cəmləməyə imkan yaratmaqdır.

Uğurlar arzulayırıq!

Kateqoriya: Cəmiyyət, Marneuli, Region
Sonrakı yazı
Türkiyədə güclü zəlzələ baş verib, yaralananlar var
Öncəki yazı
3 iyun tarixinə olan valyuta məzənnəsi məlumdur