This is a specific ad

Saraclı sakini meşədə ölü tapıldı

51

Another advertisement

Bir neçə gün əvvəl itkin düşdüyü bildirilən Bolnisi bələdiyyəsinin Saraclı kənd sakini, 34 yaşlı İsə Hüseynov ölü tapılıb.

QafqazTürk.com xəbər verir ki, əqli qüsurlu olan gəncin meyiti Saraçlı meşəsində aşkar olunub.

Onun işgəncələrə məruz qaldığı, qollarının, ayaqlarının və dişlərinin sındırıldığı bildirilib.

Daxili İşlər Nazirliyindən xəbər portalımıza verilən məlumata görə, hadisə ilə əlaqədar istintaq başladılıb.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Baş naziri tərcüməçini Olaf Şoltsun sözlərini təhrif etməkdə ittiham edib
Öncəki yazı
Prezident gənc aktivist Lazare Qriqoriadisi əfv edib