Another advertisement
Bolnisi bələdiyyəsinin Mamxuti (Saraçlı) kəndində uşaq bağçası inşa olunacaq Məktəbəqədər təhsil müəssisəsi müasir standartlara uyğun tikiləcək. Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün tam uyğunlaşdırılacaq.
Qeyd edək ki, Gürcüstanın baş nazirinin təşəbbüsü ilə bütün ölkə üzrə 885 uşaq bağçasının tikintisi və bərpası həyata keçiriləcək.
Sözügedən proqram çərçivəsində cari il Kvemo Kartli regionunda 15 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə və 8 uşaq bağçasının bərpasına başlanacaqdır.