This is a specific ad

Saqqız çeynəməyin faydaları və zərərləri

223

Another advertisement

Araşdırmalara görə, bir nəfər il ərzində təxminən 300 ədəd saqqız çeynəyir. Bəs onun orqanizmə hansı təsiri var?

QafqazTürk Media xəbər verir ki, aparılan araşdırmalara əsasən saqqız çeynəməyin bir sıra faydası var:

Onlardan ən əsası gərginliyin və stressin azaldılması kimi psixoloji təsirlərdir. Gün ərzində yeməkdən sonra saqqız çeynəmək diş və ağız təmizliyi üçün faydalıdır. Eyni zamanda yaddaşı və motivasiyanı artırır, kalori yandırmağa və beləliklə arıqlamağa kömək olur. Lakin uzun müddət saqqız çeynəməyin ziyanı da var.

“Saqqız damarların qan dövranını yaxşılaşdırır və dişlərin dibini möhkəmləndirir. Uzun müddət saqqız çeynəmək mədənin eroziyasına və iltihabına səbəb olur, hətta qastrit yarada bilər.

Saqqızı 20-30 dəqiqədən çox olmayaraq çeynəmək, daha sonra isə çənə oynaqlarının və əzələlərin rahatlaşması üçün təxminən bir saat fasilə vermək lazımdır. Ümumiyyətlə, əgər müntəzəm saqqız çeynəmirsinizsə, çənənizə əlavə gərginlik vermirsinizsə, şaqqısın sizin üçün, demək olar ki, təhlükəsi yoxdur”, – deyə mütəxəssislər xəbərdarlıq edirlər.

 

Kateqoriya: Eksklüziv, Sağlamlıq
Sonrakı yazı
Milli musiqimizin babası
Öncəki yazı
Bu ölkədə elektron siqaret qadağan edildi