Saqarecoda qətlə yetilirlən 14 yaşlı qızın əmisi saxlanılıb

3

Polis öldürülən 14 yaşlı qızın əmisini  onu evlənməyə məcbur etmək və cinayət barədə məlumat verməmək ittihamı ilə həbs edib.

QafqazTürk.com xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, müttəhim azyaşlıya nikahda qalmağa məcbur etmək üçün psixoloji zorakılıq tətbiq edib.

İstintaq zamanı müəyyən olunub ki, əvvələrdə məhkum olunmuş 1980-ci il təvəllüdlü qızın əmisi, 2009-cu il təvəllüdlü Aytac Şahmarovanı öz iradəsinə zidd olaraq cinsi ayrı-seçkilik və dözümsüzlük əsası ilə 1996-cı il təvəllüdlü Alim Sadiqovla evlənməyə məcbur edib. Bundan sonra Alim Sadiqov yetkinlik yaşına çatmayan qızla evlənmək üçün onu qanunsuz olaraq azadlığından məhrum edərək qaçırıb və Saqareco bələdiyyəsinə aparıb.

Qızın etirazına baxmayaraq, təqsirləndirilən şəxs yenə də psixoloji zorakılıq tətbiq edərək azyaşlı Aytac Sahmarovanı nikahda qalmağa məcbur edib.

Faktla bağlı istintaq davam etdirilir,cinayət 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

0
0
Kateqoriya: Kriminal
Sonrakı yazı
Saqarecoda qətlə yetirilən azyaşlı qızın anasına qarşı zorla ərə verməyə və cinayət barədə məlumat vermədiyinə görə ittiham irəli sürülüb
Öncəki yazı
Ərdoğan: “Mülki şəxslərə hücumu düzgün hesab etmirik”