This is a specific ad

Saqarecoda öldürülən 14 yaşlı qız barədə məktəbdə daxili istintaq başladılıb

50

Another advertisement

“Sizi inandırıram ki, hər hansı qanun pozuntusu, qanunsuzluq aşkar olunarsa, nazirlik həmin məktəbdə işləyən hər kəsə qarşı ən sərt cavabı verəcək”.

QafqazTürk.com xəbər verir ki, bunu Təhsil və Elm Naziri Giorgi Amilaxvari Saqarecoda öldürülən 14 yaşlı qız haqqındakı söhbətində bildirib.

Onun sözlərinə görə, məktəbdə azyaşlının qətli ilə əlaqədar Daxili İşlər Nazirliyinin istintaqı ilə yanaşı, məktəbdaxili araşdırma da aparılır.

“Mən Daxili İşlər Nazirliyinin nümayəndəsi deyiləm. Bilirsiniz ki, iş açılıb, istintaq davam edir. Bununla əlaqədar daxili araşdırma da aparılır və sizi əmin edirəm ki, məktəblər barədə hər hansı qanun pozuntusu, qanunsuzluq aşkar olunarsa, nazirlik həmin məktəbdə işləyən hər kəsə qarşı ən sərt tədbirləri görəcək. Bizdə xüsusi yaradılmış mandator xidmətimiz var ki, bu kimi faktların qarşısının alınması baxımından fasiləsiz işləyir. Bir az vaxta ehtiyacımız olacaq. İctimaiyyətə ətraflı məlumat verəcəyik, lakin mən tam məsuliyyətlə bildirirəm ki, hər hansı bir qanunsuzluq, qanun pozuntusu, hərəkətsizlik aşkar edilərsə, nazirlik çox sərt hərəkət edəcək”, – deyə Amilaxvari bildirib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Fransa hərbçiləri Ermənistana gedib
Öncəki yazı
AVRO-2032 Türkiyə və İtaliyada keçiriləcək