Saqarecoda magistral yolda baş verən qəzada iki nəfər xəsarət alıb.
İki mikroavtobus dolama yolda bir-biri ilə toqquşub.
Yaralılar təcili tibbi yardım maşını ilə ən yaxın klinikaya aparılıb. Hadisə yerində məhkəmə-tibb ekspertləri tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma aparılır.