This is a specific ad

Saqarecoda baş verən qətl hadisəsi ilə bağlı prokurorluqdan ağır ittiham

314

Another advertisement

Gürcüstan Prokurorluğu Saqarecoda baş verən hadisə ilə bağlı cinayətkara arvadını ağırlaşdırıcı şəraitdə öldürməyə cəhddə ittiham irəli sürəcək.

Prokurorluğun verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, noyabrın 11-də Saqarecoda müttəhim azyaşlı oğlunun gözü qarşısında həyat yoldaşına həyati təhlükəsi olan xəsarətlər yetirib. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi noyabrın 12-də həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 11-ci maddəsinin birinci hissəsi, 381-ci (mühafizə orderində nəzərdə tutulmuş öhdəliyi pozma) və həmin Məcəllənin 19-cu maddəsinin 109-cu maddəsinin “h”, “k” bəndləri ilə ittiham olunub. Qeyd edək ki, cinayət 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Prokurorluğun vəsatəti əsasında təqsirləndirilən şəxs barəsində artıq həbs qətimkan tədbiri seçilib.

Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində noyabrın 21-də tibb müəssisəsində dünyasını dəyişib”, – məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Donald Tramp bu şəxsi ABŞ-ın baş prokurorluğuna namizəd kimi irəli sürüb
Öncəki yazı
Beynəlxalq Cinayət Məhkəməsindən İsrailin baş naziri Benyamin Netanyahu, keçmiş müdafiə naziri Yoav Qalanti və “HƏMAS” lideri İbrahim əl-Məsri ilə bağlı həbs orderi