Another advertisement
Saqarecoda 50 yaşlı Özbəkistan vətəndaşı olan qadını qətlə yetirən şəxs saxlanılıb
Qafqaztürk xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyat istintaq tədbirləri zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs ailə daxili münaqişə nəticəsində xarici ölkə vətəndaşı olan həyat yoldaşına ölümcül xəsarət yetirib, nəticədə qadın dünyasını dəyişib.
Sözügedən şəxs faktın izlərini gizlətmək məqsədi ilə qadının meyitini çaya atıb.
Faktla bağlı qəsdən adam öldürməni nəzərdə tutan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq başladılıb.