Another advertisement
Saqareco bələdiyyəsinin Ləmbəli kəndində qətl hadisəsi baş verib. 14 yaşlı qız həyat yoldaşı tərəfindən odlu silahla öldürülüb.
QafqazTürk.com xəbər verir ki, qətlə yetirilən şəxs Dmanisinin Məmişli kəndindəndir.
Məlumata görə, azyaşlı qız 2 aydır ki, ailə qurubmuş. Məlum olub ki, hadisə qohumunun toyunda baş verib.
Hadisənin təfərrüatları məlum deyil.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin ailə üzvünü qəsdən öldürmə 11 Prima 109-cu maddəsi ilə araşdırma aparılır.