Gürcüstan Prokurorluğu Saqareco bələdiyyəsində bir nəfəri qəsdən adam öldürməkdə ittiham edib.
Prokurorluğun məlumatına görə, saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 236-cı maddəsinin 3-cü hissəsi (qanunsuz olaraq silah əldə etmə və saxlama) ilə ittiham irəli sürülüb.
Qurumun məlumatına görə, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, fevralın 7-də Saqareco bələdiyyəsinin kəndlərindən birində təqsirləndirilən şəxs qisas məqsədilə odlu silahdan atəş açaraq bir nəfəri qətlə yetirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi fevralın 8-də həbs ediblər. Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 236-cı maddəsinin 3-cü hissəsi (qanunsuz olaraq silah əldə etmə və saxlama) ilə ittiham irəli sürülüb, bu maddələrlə on ildən on beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub”, – məlumatda deyilir.
Məlumat üçün bildirək ki, qətl fevralın 7-də Saqareconun Antok kəndində baş verib.