This is a specific ad

Şanlı tarixin 50-ci ildönümü

55

Another advertisement

Bu gün iyulun 20-də Türk dünyasının ayrılmaz parçası olan, Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü Şimali Kipr Türk Cümhuriyyətinin Barış və Özgürlük bayramıdır.

QafqazTürk Media qrupu qardaş Türkiyə mətbuatına istinadən xəbər verir:

20 İyul 1974-cü il Kipr yəni Kıbrıs türklərinin milli azadlıq mücadiləsində çox mühüm bir tarixdir.”Mutlu Barış Hərəkatı”adı ilə tarixə çevrilən həmin gün “Ana Vətən” Türkiyə Ordusunun “Yavru Vatan” Kiprə gəlişi ilə türklərin adadan sıxışdırılıb çıxarılmasına son qoyulmuş və onların öz tarixi vətənlərində əmin-amanlıq şəraitində yaşamı təmin edilmişdir. Qanı və canı bahasına barış və hürriyyət qazanan Kipr türkləri bu gün həmin şanlı tarixin 50-ci ildönümünü bpyük qürur hissi və ruh yüksəkliyi ilə bayram edirlər.

QafqazTürk Media xatırladır ki, düz 50 il bundan öncə Türk Silahlı Qüvvələrinin Kipr türklərinə köməyə getməsi əmrini o vaxt Türkiyə Respublikasının Baş naziri olmuş unudulmaz Bülent Ecevit vermişdi. Şimali Kipr Türki Cümhuriyyətinin Yeni Dünya Düzənində müstəqil dövlət kimi öz layiqli yerini tutacağı isə şübhəsizdir və zaman məsələsidir!

Kateqoriya: Dünya
Sonrakı yazı
Bu ölkəyə artıq vizasız gediş-gəliş mümkün olacaq
Öncəki yazı
Rəcəb Tayyib Ərdoğan: “Danışmağa, görüşməyə, Kiprdə qalıcı sülh və həllə nail olmaq üçün hazırıq”