This is a specific ad

“Samsun-Trabzon-Sarpi sürətli qatar xətti layihəsi Ankara, Qara dəniz bölgəsi və Gürcüstan arasında dəmir yolu nəqliyyatını təmin edəcək”-RəcəbTayyib Ərdoğan

46

Another advertisement

Samsun-Trabzon-Sarpi sürətli qatar xətti layihəsi Ankara, Qara dəniz bölgəsi və Gürcüstan arasında dəmir yolu nəqliyyatını təmin edəcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Rizədə keçirilən səkkizinci qurultayında çıxışı zamanı məlumat verib.

“Bizim 17 avtomobil yolu layihəmiz müxtəlif bölgələrdə davam edir. Samsun-Trabzon-Sarpi sürətli qatar xətti layihəmiz Ankara, Qara dəniz bölgəsi və Qara dənizlə həmsərhəd olan Gürcüstan arasında dəmir yolu nəqliyyatını təmin edəcək”.

Ərdoğanın sözlərinə görə, layihə nəticəsində Ordu, Giresun, Trabzon, Rizə və Artvin şəhərləri Samsundan başlayacaq dəmir yolu xətti ilə birləşdiriləcək.

“Nəqliyyat naziri buradadır, mən onun gözünün içinə baxaraq bunu deyirəm”, – Ərdoğan əlavə edib.

Bundan əlavə, Ərdoğanın sözlərinə görə, Türkiyənin ən uzun tunellərindən biri və başqa birləşdirici yollarla ölkənin əyalətləri Şərqi Qara dəniz regionu və digər ölkələrlə birləşdiriləcək.

Kateqoriya: Cəmiyyət, Dünya, Gündəm
Sonrakı yazı
Türkiyə ora 87 döyüş gəmisi, 28 PUA və 31 döyüş təyyarəsi ilə gedir – Bu ölkə təlaş içindədir
Öncəki yazı
Baş nazir İrakli Kobaxidze Saberio kəndində baş verən faciədə həlak olan uşaqların ailəsinə başsağlığı verib