Sameqreloda fəlakət – 12 ailənin xarici dünya ilə əlaqəsi kəsilib

1

Sameqreloda fəlakət – 12 ailənin xarici aləmlə əlaqəsi kəsilib, əhaliyə elektrik enerjisi verilmir, təbii qazın verilməsi də məhdudlaşdırılıb. Bir neçə saatlıq güclü yağış Tsalencixa bələdiyyəsinə xüsusi ziyan vurub. QafqazTürk.com xəbər verir ki,Saçino kəndinin Naquru rayonunda qabaran İntira çayı körpüləri, bağları, rayon daxili yollarını aparıb, əkin sahələrini və təsərrüfat sahələrini su basıb. Körpü və əhaliyə gedən yeganə yol dağıdılıb.
Təcili yardım briqadası belə əhaliyə çata bilmir, əhaliyə ərzaq çatdırmaq da çətindir.
Yerli hakimiyyət orqanları, o cümlədən Sameqrelo-Zemo Svaneti bölgəsi üzrə dövlət nümayəndəsi vəziyyətlə yerindəcə tanış olub. Dəymiş ziyan öyrənilir, müvəqqəti körpü konstruksiyasının quraşdırılması nəzərdə tutulur, zədələnmiş infrastrukturun yaxın vaxtlarda bərpası nəzərdə tutulur.

0
0
Kateqoriya: Region
Sonrakı yazı
“Stamford Bridge”də Ukraynaya dəstək üçün xeyriyyə oyunu keçiriləcək
Öncəki yazı
“Assosiasiya Sazişinə əsaslanan islahatlar Gürcüstanın Avropa ailəsinin tamhüquqlu üzvü olması üçün mühüm addımdır”