Şalva Tadumadze daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib

95

Şalva Tadumadze daxili işlər naziri Vaxtanq Qomelaurinin müavini vəzifəsinə təyin edilib.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumatda qeyd edildiyi kimi, Şalva Tadumadze 2019-cu ildən indiyədək Gürcüstan Ali Məhkəməsinin sədr müavini vəzifəsini tutub, eyni zamanda Ali Məhkəmənin ömürlük seçilmiş hakimi olub.

Şalva Tadumadze 2018-2019-cu illərdə Gürcüstanın baş prokuroru vəzifəsini tutub, eyni zamanda Gürcüstan hökumətinin administrasiyasının rəhbəri vəzifəsində də işləyib.

Şalva Tadumadze 1998-ci ildə Tbilisi Humanitar İnstitutunu bitirmiş, hüquqşünas ixtisasına layiq görülmüşdür; 2006-cı ildə ümumi ixtisas üzrə vəkillik imtahanı verib, 2006-2007-ci illərdə isə Tbilisi Siyasi Araşdırmalar Məktəbində təhsil alıb.

“Yeni təyin olunmuş daxili işlər nazirinin müavini həm dövlət, həm də özəl sektorda çoxillik təcrübəyə malikdir”, – məlumatda deyilir.

Sonrakı yazı
AZAL-məxsus qəza etmiş təyyarənin qara qutuları Braziliyaya göndəriləcək
Öncəki yazı
ABŞ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə Ukraynaya 15 milyard dollar köçürəcək