Şalva Tadumadze daxili işlər naziri Vaxtanq Qomelaurinin müavini vəzifəsinə təyin edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumatda qeyd edildiyi kimi, Şalva Tadumadze 2019-cu ildən indiyədək Gürcüstan Ali Məhkəməsinin sədr müavini vəzifəsini tutub, eyni zamanda Ali Məhkəmənin ömürlük seçilmiş hakimi olub.
Şalva Tadumadze 2018-2019-cu illərdə Gürcüstanın baş prokuroru vəzifəsini tutub, eyni zamanda Gürcüstan hökumətinin administrasiyasının rəhbəri vəzifəsində də işləyib.
Şalva Tadumadze 1998-ci ildə Tbilisi Humanitar İnstitutunu bitirmiş, hüquqşünas ixtisasına layiq görülmüşdür; 2006-cı ildə ümumi ixtisas üzrə vəkillik imtahanı verib, 2006-2007-ci illərdə isə Tbilisi Siyasi Araşdırmalar Məktəbində təhsil alıb.
“Yeni təyin olunmuş daxili işlər nazirinin müavini həm dövlət, həm də özəl sektorda çoxillik təcrübəyə malikdir”, – məlumatda deyilir.