Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Macarıstana rəsmi səfərə gedib.
Onların sözlərinə görə, səfər çərçivəsində parlament sədri Macarıstanın paytaxtı Budapeştdə yüksək səviyyəli görüşlər keçirəcək.
O, parlamentin spikeri Laslo Kover, baş nazir Viktor Orban və prezident Tamaş Şuyokla görüşəcək. Parlamentin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi Gürcüstan nümayəndə heyətinin tərkibinə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili, “Gürcü arzusu” fraksiyasının sədr müavini Henrietta Cicava və Gürcüstan Parlamentinin Macarıstan Parlamenti ilə Dostluq Qrupunun rəhbəri, Sektoral İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin sədrinin birinci müavini İrakli Mezurnişvili daxildir”, – məlumatda deyilir.