Şalva Papuaşvili Heydər Əliyevin məzarını ziyarət edib

0

Dekabrın 12-də Azərbaycanda səfərdə olan Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

QafqazTürk.com xəbər verir ki, nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Ziyarət zamanı, həmçinin “Əbədi məşəl” abidəsinin qarşısına da əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Şalva Papuaşvili ilə nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və Bakıda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı Şalva Papuaşvili və nümayəndə heyətini Azərbaycan Milli Məclisinin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

0
0
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
ჩინეთში დეფლაცია ფიქსირდება
Öncəki yazı
GEO/AZEდღეს, 12 დეკემბერს, მარნეულის ,,კულტურის ცენტრი” თოჯინური სპექტაკლით “აისია” სოფელ შულავერს ესტუმრება