“Gürcüstan hökuməti müasir dövrün təhlükəsizlik çağırışlarına ciddi və məsuliyyətlə yanaşır“.
QafqazTürk.com xəbər verir ki, bu fikri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Frankofoniya Parlament Assambleyasının Tbilisidə keçirilən 48-ci sessiyasında söyləyib.
Onun sözlərinə görə, Gürcüstan regiondakı rolunu və əhəmiyyətini yaxşı dərk edir.
“Müasir dünya təhlükəsizliklə yanaşı, yoxsulluq, iqlim dəyişikliyi, radikallaşma və ekstremizm, qeyri-bərabərlik və bir çox başqa problemlərlə də üzləşir. Onların hər biri həlli birgə səylər tələb edən problemdir. Bu baxımdan Gürcüstan parlamenti digər beynəlxalq təşkilatlar və parlamentlər ilə əməkdaşlığı dərinləşdirməyə, mədəniyyət, təhsil, idman və iqtisadiyyat sahələrində insanlar arasında əlaqələri gücləndirməyə can atır”, – deyə Papuaşvili vurğulayıb.