Gürcüstanın Avropa İttifaqına inteqrasiyanı dayandırması barədə iddialar əsassızdır – Şalva Papuaşvili Danimarka parlamentinə məktub göndərib.
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Danimarka Parlamentinin sədrinə göndərdiyi məktubda Avropa İttifaqı (Aİ) və namizəd ölkələrin Avropa məsələləri komitələrinin (COSAC) konfransına Gürcüstan nümayəndə heyətinin dəvət edilməməsinə etirazını bildirib.
Papuaşvili qeyd edib ki, bu addım Gürcüstan Parlamentinin (COSAC) görüşündə iştirak hüququnun pozulmasıdır və Gürcüstan hökuməti heç vaxt Aİ-yə inteqrasiya prosesini dayandırdığını bəyan etməyib. Əksinə, onun sözlərinə görə, Gürcüstan hökuməti namizəd ölkə statusunun tələblərini yerinə yetirmək üçün bütün səylərini səfərbər edir və bu, Gürcüstan ilə Avropa İttifaqı arasında imzalanmış Assosiasiya Sazişinə tam uyğundur.