This is a specific ad

Şalva Papuaşvili Co Uilsonun Salome Zurabişvilini ABŞ-da keçiriləcək andiçmə mərasiminə dəvət etməsini dəyərləndirib

54

Another advertisement

“Fikrimcə, kiminsə inauqurasiya mərasiminə başqası tərəfindən dəvət edilmək bir az qəribədir”.

QafqazTürk Media xəbər verir ki, parlamentin sədri Şalva Papuaşvili konqresmen Co Uilsonun Salome Zurabişvilini ABŞ prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət etməsini belə qiymətləndirib.

Papuaşvilinin sözlərinə görə, “Əgər Tramp kimisə dəvət etmək istəsə, onun bundan yayınacağını düşünmürəm”.

“Məncə, başqasının inauqurasiya mərasiminə bir başqa adam tərəfindən dəvət olunmaq bir qədər qəribədir. Ona görə də ümid edirəm ki, bu qəribəliklər də keçmişdə qalacaq. Düşünürəm ki,  kimin inauqurasiya mərasimi olduğunu bilirsiniz və Tramp kimisə dəvət etmək istəsə, məncə, ondan qaçmazdı”, – Papuaşvili bildirib.

Məlumat üçün bildirək ki, amerikalı konqresmen və Helsinki Komissiyasının sədri Co Vilson Salome Zurabişvilini Donald Trampın inauqurasiya mərasiminə dəvət edib.

“Mən prezident Salome Zurabişvilini Gürcüstanda yeganə legitim lider kimi prezident Donald Trampın andiçmə mərasiminə dəvət etməkdən məmnunam”, – Uilson yazıb.

Sonrakı yazı
Parlament sarayında prezidentin andiçmə mərasimi keçirilir
Öncəki yazı
Şalva Papuaşvili andiçmə mərasimindən öncə jurnalistlərin suallarını cavablandırıb