Parlamentin sədri Şalva Papuaşvili bugünkü plenar iclasda illik hesabatını təqdim edəcək.
Hələ də qüvvədə olan reqlamentə əsasən, parlamentin sədri, bir qayda olaraq, yaz sessiyasının plenar iclaslarının birinci həftəsində Parlamentin fəaliyyəti haqqında illik hesabatı və gələn il üçün fəaliyyət planını təqdim edir. Hesabat təqdim edildikdən sonra sessiyada siyasi çıxışlar olacaq.
Hələ müzakirəsi davam edən yeni reqlament layihəsinə əsasən, parlament sədrinin illik hesabatın bir hissəsi kimi parlamentin fəaliyyət planını təqdim etməsi tələb olunmayacaq.