Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Gürcüstan parlamentinin sədri azərbaycanlı həmkarına dəvətə görə təşəkkür edib.
Tərəflər parlamentlərarası, o cümlədən komitələr və dostluq qrupları səviyyəsində əməkdaşlığı nəzərdən keçiriblər. Onlar parlament tərəfdaşlığının daha da gücləndirilməsi barədə razılığa gəliblər. Həmçinin regional sülhün möhkəmləndirilməsində parlamentlərin rolunu nəzərdən keçiriblər. Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlığa diqqət çəkilib.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.