ABŞ Gürcüstanda dəyərsiz müxalifətin olduğunu görür və müxtəlif yollarla onları hərəkətə gətirməyə çalışır. Birləşmiş Ştatlar bununla Gürcüstanda demokratiyanı zəiflətmək istəyir.
QafqazTürk Media xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
O bildirib ki, ABŞ-ın bu qərarı ölkədə qarşıdan gələn parlament seçkilərinə müdaxilə etmək və müxalifətə dəstək vermək istəyi ilə bağlıdır.
Vaşinqton Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlar departamentinin rəisinə və onun müavininə, həmçinin media platformasının və Alt-İnfo mühafizəkar hərəkatının rəhbərlərinə qarşı “insan hüquqlarının pozulmasına” görə sanksiyalar tətbiq edib. Gürcüstanda “demokratiyanı sarsıtmaq” üçün onlarla vətəndaşa viza məhdudiyyəti də nəzərdə tutulub.
Papuaşvili deyib: “Bu qərarı elan etmək şübhəsiz ki, onun seçkilərlə bağlı olduğu qənaətini yaradır, çünki onlar bizim tamamilə dəyərsiz müxalifətimiz olduğunu görürlər”.