This is a specific ad

Salome Zurabişvilinin yeni işi məlum olub

135

Another advertisement
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili ölkəni tərk edib və o, yeni işlə məşğuldur. Bu barədə rusiyalı jurnalist Aleksey Venediktov məlumat verib.
Məlumata görə, Zurabişvili ABŞ-ın Makkeyn İnstitutunda işləməyə başlayıb.
İnstitutun saytında məlumat verilib ki, keçmiş prezident öz diplomatik, liderlik və siyasi təcrübəsindən ölkəsini yeni seçkilərə və demokratik inkişaf yoluna doğru aparmaq üçün istifadə edəcək.
Qeyd edək ki, institut 2012-ci ildə senator Con Makkeynin prezidentlik kampaniyasından qalan pulla təsis edilib. İnstitutun keçmiş donorları arasında Corc Soros, “Speys X” şirkəti, Səudiyyə Ərəbistanı və Danimarka hökumətləri olub.
Kateqoriya: Gündəm, Siyasət
Sonrakı yazı
İrakli Kobaxidze Çin səfiri ilə görüşüb
Öncəki yazı
ABŞ Konqresinin Nümayəndələr Palatası Benyamin Netanyahu ilə bağlı qanun layihəsi qəbul edib