Salome Zurabişvilinin məhkəməyə verdiyi şikayət Kavelaşvili tərəfindən geri çəkilib

63

Mixail Kavelaşvili Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı Gürcüstanın Konstitusiya Məhkəməsinə verdiyi şikayəti geri çəkib.

Müvafiq məlumatı Mixail Kavelaşvilinin mətbuat xidməti yayıb.

“Gürcüstan prezidenti Mixeil Kavelaşvili keçmiş prezident Salome Zurabişvilinin Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” qanununun ləğvi ilə bağlı konstitusiya iddiasını rədd edib.

Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” qanunu şəffaflıq və hesabatlılığa əsaslanır ki, bu da Gürcüstan dövlətçiliyinin ən mühüm prinsipinin – dövlətin milli suverenliyinin və ölkənin sabit inkişafının qorunmasına töhfə verir.

Qanun xarici güclərin maraqlarını təbliğ edən təşkilatların maliyyə mənbələri barədə ictimaiyyəti mümkün qədər məlumatlandırmağa xidmət edir.

 Müvafiq olaraq, Gürcüstan prezidenti Mixail Kavelaşvili konstitusiya iddiasını rədd etmək qərarına gəlib”, – deyə məlumatda bildirilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Kriminal qruplaşmaya qarşı əməliyyat: 7 nəfər saxlanıldı
Öncəki yazı
Tbilisinin Orta Dəhlizdə öz rolunu oynaması… – Boçorişvili