This is a specific ad

Salome Zurabişvilinin impiçment məsələsinin nəzərdən keçirilməsinə başlanılıb

34

Another advertisement

Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin impiçmenti ilə əlaqədar təklifi baxılmaq üçün qəbul etdiyini təsdiqləyib. İş, baxılması üçün ali məhkəmə orqanının plenumuna verilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası Konstitusiya Məhkəməsində Gürcüstan Prezidenti Salome Zurabişviliyə qarşı impiçment prosesinin başlanması üçün 80 deputatın yazılı tələbi ilə birlikdə konstitusiya təklifini təqdim edib.

Konstitusiya Məhkəməsinin plenumu bir ay ərzində təklifə baxacaq və daha sonra rəyini parlamentə təqdim edəcək.

Xatırladaq ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası dövlət başçısının hökumətin icazəsi olmadan avqustun 31-də xaricə səfərə yollaasından sonra ona qarşı impiçment prosesinin başlandığını elan etmişdi.
Partiyadan qeyd edilib ki, Zurabişvili “radikal müxalifət”lə birgə fəaliyyət göstərir və Gürcüstanın Avropaya inteqrasiyasına mane olur.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Ukraynada gürcü döyüşçü həlak oldu – FOTO
Öncəki yazı
Tbilisidə kişi keçmiş həyat yoldaşını və qaynanasını öldürüb