Salome Zurabişvilinin impiçment məsələsinin baxılması bu gün davam etdiriləcək

0

Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin impiçmenti ilə əlaqədar konstitusiya təqdimatının şifahi dinləməsini bu gün, oktyabrın 5-də davam etdirəcək.

QafqazTürk.com xəbər verir ki, prosesin bu gün saat 11:00-da davam etdirilməsi razılaşdırılıb.

Məsələyə Konstitusiya Məhkəməsinin 9 hakimindən ibarət plenumda baxılır.

Hakim komandanın Zurabişviliyə qarşı impiçment prosesinin başlamasına əsas prezidentin Salome Zurabişviliyə razılıq verilməyən xarici səfərləri olub. Sentyabrın 1-də “Gürcü Arzusu” partiyasının siyasi şurasının iclasında prezidentin impiçmenti məsələsi qərara alınıb. Konstitusiya Məhkəməsinə rəy hazırlamaq üçün bir ay müddət verilir. Məhkəmənin müsbət nəticə verəcəyi təqdirdə prezidentin vəzifədən kənarlaşdırılması üçün 100 deputatın səsi lazımdır ki.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Batumiyə meteorit düşüb – VİDEO
Öncəki yazı
Levan Davitaşvili: “2012-ci illə müqayisədə faktiki olaraq fərqli iqtisadiyyatımız var”