This is a specific ad

Salome Zurabişvilinin 9 ölkəyə səfərinə icazə verilmədi

9

Another advertisement

Gürcüstan hökuməti ölkə Prezidenti Salome Zurabişviliyə Ukrayna da daxil olmaqla, 9 ölkəyə səfər etməyə icazə verməyib.

QafqazTürk.com KİV-lərə istinadən xəbər verir ki, Gürcüstan Prezidentinin Administrasiyası Zurabişvilinin rəsmi səfərlərinin təsdiqi ilə bağlı hökumətə müraciət edib.

Prezidentin avqustun 22-24-ü Ukraynaya, sentyabrın 16-sı İsveçrəyə, sentyabrın 27-29-u Bolqarıstana, oktyabrın 2-3-ü Polşaya, oktyabrın 4-6-sı Belçikaya, oktyabrın 31-dən noyabrın 2-nə qədər Danimarkaya, dekabrın 1-2-si BƏƏ-yə, dekabrın 10-12-si Çexiyaya və dekabrın 18-20-si İsrailə işgüzar səfərlərinə yazılı şəkildə rədd cavabı verilib.

Qeyd olunur ki, Gürcüstan Konstitusiyasına əsasən, Prezident ölkəni xaricdə yalnız hökumətlə razılıq əsasında təmsil edir. Bildirilir ki, ölkənin xarici siyasətini aparmaq hökumətin vəzifəsidir.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Sentyabrda 5 qanun qüvvəyə minəcək-Ətraflı
Öncəki yazı
Araik Arutyunyan istefa verdi